Cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu başa çatıb.
Sportnet.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışda 71 klub və idman cəmiyyətindən 285 idmançı (244 oğlan, 41 qız) iştirak edib.
“İstedadların seçimi”nin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Qızlar
40 kq
1. Sunay Salamova (RKİM)
2. Rəvanə Əliquliyeva (Qəbələ Bakı)
44 kq
1. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
2. Lətifə Alıyeva (Ordu İdman Klubu)
3. Fidan İbrahimli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
48 kq
1. Mədinə Hüseynova (Saray İK)
2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Səfurə İsmayılova (Qəbələ İK şəhər)
52 kq
1. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Gülnarə Qasımova (Şahin 313 İK)
3. İlahə Xəlilova (RKİM)
3. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
57 kq
1. Səma Vəlizadə (Neftçi Sumqayıt)
2. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hənifə Qandaxova (Elxan İK)
3. Nəzakət Vəliyeva (Qədiroğlu İK)
63 kq
1. Zilan Hüseynli (Şağan OİK)
2. Nəzrin Məmmədova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nərmin Sadulova (Sərhədçi İM)
Oğlanlar
50 kq
1. Ülvi Cəlilzadə (Neftçi İK)
2. Rza Ayvazlı (Şağan OİK)
3. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Nihat Novruzov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
55 kq
1. Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)
3. Vaqif Məcidov (Günəşli İK)
3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
60 kq
1. Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Sinan Qənbərli (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
3. Harun Sultanov (Sərhədçi İM)
3. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
66 kq
1. Hüseyn Şıxəliyev (Sərhədçi İM)
2. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)
3. İbrahim Cəfərov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
73 kq
1. Əli Əliyev (Neftçi Siyəzən)
2. Familhüseyn Əlizadə (Sərhədçi İM)
3. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nurəli İsmayılov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
81 kq
1. Ayxan Həsənli (Neftçi İK)
2. Ömər Atayev (Judo Club 2012)
3. Ömər Hacıyev (Atilla İK)
3. Şahbaba Cəbrayılov (AHİTA)
90 kq
1. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Mehdi Məmmədli (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Qədir Umudəliyev (Qədiroğlu İK)
3. Munir Əlizadə (Atilla İK)
+90 kq
1. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəi UGİŞM)
2. İdris Xanbalayev (Ordu İdman Klubu)
3. Zakir Tağızadə (Neftçi İK)
3. Əlihüseyn Abdullayev (Şağan OİK)











































































