Azərbaycan cüdoçusu Ruslan Paşayev Avstriyanın Lints şəhərində start götürən Qran Pridə finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı buna 66 kq çəki dərəcəsində nail olub.
O, ardıcıl olaraq, israilli Eran Fiks, serbiyalı Matiya Yeremiç, ispaniyalı Adrian Neto Çinarro və David Qarsia Torneni üstələyib.
Son görüşdə Paşayev braziliyalı Ronald Lima ilə üz-üzə gələcək.
Onunla eyni çəkidə çıxış edən İslam Rəhimov elə ilk görüşdəcə italiyalı Alessio De Lukaya uduzaraq, mübarizəni dayandırıb.
60 kq çəkidəki ardıcıllıqla Murad Muradlı isə almaniyalı Maksim Taran, macarıstanlı Çanad Feçko və yaponiyalı Sei Satonu yensə də, təsəlliverici görüşdə qazaxıstanlı Aman Bakıtjana uduzaraq, 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, medal görüşlərinə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.















































































