Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının 6-cı yarış günündə Azərbaycanın iki yunan-Roma güləşçisi fəxri kürsüyə qalxıb.
Sportnet.az xəbər verir ki, Fərid Sadıxlı (55 kq) finalda rusiyalı Alibek Amirova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub və gümüş medal qazanıb.
İlkin Qurbanov (63 kq) təsəlliverici görüşdə fransalı Lukas Qrassoya 4:2, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Rati Xozrevanidzeyə “tuş”la qalib gələrək Avropa üçüncüsü olub.











































































