Belçikanın Lommel şəhərində taekvondo üzrə “Belgian Open” beynəlxalq turniri keçirilib.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın gənc taekvondoçuları mübarizəyə qoşulublar.
Komanda üzvləri 1 qızıl və 4 bürünc medal qazanıblar.
49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.
Martın 22-də böyüklər arasında keçirilən yarışda isə Qaşim Maqomedov (63 kq) bürünc medal qazanıb.
Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycanı hakim kimi təmsil edib.





















































































