Aprelin 15-də Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançıların ilk rəqibləri müəyyənləşib.
Qitə yarışında Azərbaycan 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək.
16–19 aprel tarixlərində keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək. Yarışın görüşləri “JudoTV” və “CBC Sport”dan canlı yayımlanacaq.
Kişilər
-60 kq, 1/8 final
Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Turan Bayramov – Nikolas Kuntse (Almaniya)
-73 kq, 1/16 final
Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan)
-81 kq, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə
Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə
-90 kq, 1/16 final
Murad Fətiyev – Aleks Çeret (Rumıniya)
-100 kq, 1/16 final
Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)
+100 kq, 1/8 final
Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə
Qadınlar
-48 kq, 1/16 final
Könül Əliyeva – Amber Gersyes (Niderland)
Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)
-52 kq, 1/16 final
Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)
-70 kq, 1/32 final
Südabə Ağayeva – Maya Goşen (İsrail)
+78 kq, 1/16 final
Madina Kaisinova – Elis Startseva (Rusiya)












































































