Cüdo üzrə Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada başa çatan Böyük Dəbilqəni 1 medalla başa vurub.
Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə Uşangi Kokauri 100 gümüş medal qazanıb.
100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kokauri ardıcıl olaraq, qazaxıstanlı Jantilek Nurtilepuli, almaniyalı Erik Abramov və fransalı Timan Diabini yenərək, finala yüksəlib. Həlledici qarşılaşmada isə o, rusiyalı İnal Tasoyevə uduzub.
Bununla da Azərbaycan millisi Böyük Dəbilqədə 36 ölkə arasında 13-cü yeri tutub.





















































































