Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandasının mayın 30-da Avstriyanın Qrats şəhərində start götürəcək Avropa Kuboku üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda 11 çəki dərəcəsində 26 cüdoçu çıxış edəcək.
Oğlanların yarışına 16, qızların mübarizəsinə 10 idmançı qatılacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Oğlanlar: Ayxan Mirzəzadə (60 kq), Nihad Məmişov, Məhəmməd Musayev, Sadiq İsgəndərli (hamısı 66 kq), Mehdi Cəfərov, Əbil Yusubov, Səlim Sultanov (hamısı 73 kq), Cəsur İbadlı, Mehdi Abbasov, Roman Qarayev (hamısı 81 kq), Aslan Kotsoyev, Əli Qazıməmmədov, Süleyman Şükürov (hamısı 90 kq), Davud Namazlı, Canpolad Əliyev (hər ikisi 100 kq), Ramazan Əhmədov (+100 kq)
Qızlar: Nərgiz Əhmədova, Gülşən Hüseynova (hər ikisi 48 kq), Çinarə Sadıqova, Aysun Məmmədova, Nuranə Hacızadə, Fəridə Mirzəyeva (hamısı 52 kq), Xədicə Qədəşova, Aytən Verdiyeva (hər ikisi 57 kq), Nilgün Rzayeva, Ayan Əliyeva (hər ikisi 63 kq).
Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.