1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mərakeşdə 3 medalla 4-cü yer
Azərbaycan cüdoçuları Mərakeşdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandılar
Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrikanın açıq çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
100 kq-dan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri mərakeşli Mustafa Abdellauiniye, rusiyalı Stepan Sarkisyan və finalda fransalı Sedrik Medöfü yenərək, qızıl medala sahib olub.
90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev italiyalı Covanni Karollo, polşalı Patrik Çexomski, slovakiyalı Milan Randlı yensə də, həlledici qarşılaşmada əlcəzairli Abderrəhman Benamadiyə uduzaraq gümüş medal qazanıb. Eyni çəkidəki digər təmsilçimiz Ramin Qurbanov polşalı Pyotr Kuçera və ispaniyalı Pedro Qonzalesi məğlub etdikdən sonra yarımfinalda Əlcəzairli Abderrəhman Benamadiyə uduzub. Bürünc medal uğrunda görüşdə isə o, polşalı Patrik Çexomskiyə qalib gəlib.
Rasim Alməmmədov (60 kq) və Fəqan Quluzadə (73 kq) 5-ci, Oruc Vəlizadə (60 kq), Tərlan Kərimov (66 kq) və Elvin Əhmədli (81 kq) 7-ci olub.
Bununla da, Azərbaycan milli komandası yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 4-cü pillədə başa vurub.