1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tbilisidə növbəti uğursuz gün
Gürcüstanın paytaxtı Tibilisidə keçirilən Qran-Prinin ikinci günü də Azərbaycan cüdoçuları üçün uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, tatami üzərinə çıxan daha 3 cüdoçudan heç biri 1/4 finaladək irəliləyə bilməyib.
73 kq çəki dərəcəsində Fəqan Quluzadə ilk qarşılaşmasında Səudiyyə Ərəbistanından olan Məhəmməd Əl Hərbini məğlub edib. Lakin növbəti qarşılaşmasında o, KXDR təmsilçisi Kuk Hyon Honqa məğlub olaraq mübarizəni dayandırıb.
81 kq çəki dərəcəsində həm Rütəm Alimli, həm də Ziya Namazov ilk qarşılaşmadaca məğlub olublar. Alimli böyük britaniyalı Tom Ridə, Namazov iranlı Seyid Mollayiyə yenilib.
Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunur.