1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçularımız Tbilisidə ippona düşdü
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran Pridə Azərbaycan cüdoçuları uğursuzluğa düçar olub. Sportnet.az-ın məlumatına görə, son yarış günündə tatami üzərinə çıxan 4 təmsilçimiz 1/4 finala yüksələ bilməyib.
90 kq çəki dərəcəsində Tural Safquliyev ilk qarşılaşmadaca sloveniyalı Mihael Zqanka, Şahin Qəhrəmanov serbiyalı Dmitri Gerasimenkoya uduzub.
100 kq çəkidəki dünya çempionu Elxan Məmmədov italiyalı Domeniko Di Quida ilə bacarmayıb.
100 kq-dan yuxarı çəkidə yer alan Uşangi Kokauri isə tarixi vətənində cəmi bir qələbə qazana bilib. O, qazaxıstanlı Ruslan Abdrazakovu yenməyi bacarıb. Lakin sonrakı qarşılaşmasında Kokauri hollandiyalı Roy Meyerə uduzaraq, yarışla vidalaşıb.
Qeyd edək ki, ilk 2 yarış günündə də Azərbaycan cüdoçuları 1 qələbə ilə kifayətləniblər.