"Qəbələ” İdman Klububun (İK) cüdo üzrə açıq birinciliyi keçirilib. Sportnet.az-ın məlumatına görə, yarış klubla Azərbaycan Cüdo federasiyasının ortaq təşkilatçılığı nəticəsində baş tutub.
Açıq birincilik 2003-2004 və 2005-2006 təvəllüdlü cüdoçular arasında olub. Turnirdə 15 klubun 215 idmançısı qüvvəsini sınayıb. Birincilikdə uğurla çıxış edən "qırmızı-qaralar”ın Qəbələ bölməsinin yetirmələri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. "Qəbələ” İK-nın Bakı bölməsinin cüdoçuları isə 1 gümüş və 1 bürünc medala yiyələniblər. Bu nəticə ilə təşkilatçılar yarışı komanda hesabında ilk pillədə bitirib.