
Turnirin keçiriləcəyi idman sarayında sürətlə dəvam etdirilən hazırlıq işləri yekunlaşmaq üzrədir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev görülən hazırlıq işləri ilə tanış olmaq üçün idman sarayına baxış keçirib. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov həyata keçirilmiş işlərlə bağlı qurum rəhbərinə məlumat verib. Federasiya prezidenti idman arenasının turnirə yüksək səviyyədə hazırlanmasından məmnunluğunu bildirib və müəyyən tapşırıqlar verib.