İspaniyanın paytaxtı Madriddə cüdo üzrə Avropa Kubokuna start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığması yarışın ilk günü hesabına 2 medal yazdırıb.
60 kq çəki dərəcəsində Elbrus Zamanov bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə isə Azərbaycan dueli olub. Bu çəkidə Telman Vəliyevlə Hudayət Heydərov üz-üzə gəliblər. Vəliyev qalib gələrək bürünc medalçı olub, Heydərov isə turniri 5-ci yerdə başa vurub. Bu nəticəyə digər təmsilçimiz Oruc Vəlizadə də imza atıb.
Xatırladaq ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) çıxış etdiyi mötəbər turnirdə Azərbaycan yığması 14 cüdoçu ilə təmsil olunur.