1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin Hindistan və Monqolustan təsəllisi
ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kubokuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan güləşçiləri yarışı 5-ci pillədə başa vurub.
B qrupunda Sadruddin Ayqubovun rəhbərliyi altında mübarizə aparan yığma komanda ilk görüşdə İrana 3:5 hesabı ilə məğlub olub. Ardınca ABŞ-la görüşdən 0:8 hesablı məğlubiyyətlə ayrılan pəhləvanlar qrupun son görüşündə Hindistan güləşçilərindən üstün olublar - 7:1.
Qrupda 3-cü yeri tutan yığma 5-ci yer uğrunda görüşdə A qrupunda eyni pillədə qərarlaşan Monqolustanla üz-üz gəlib və 5:3 hesablı qələbə qazanıb. Nəticədə sərbəst güləş üzrə Azərbaycan yığma komandası ABŞ-dan medalsız dönüb.
Dünya Kubokuna finalda Rusiyanı 5:3 hesabı ilə məğlub edən İran güləşçiləri sahib çıxıb.
Qeyd edək ki, Dünya Kubokunda Azərbaycan yığmasının heyətində Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Səid Həmidov (125 kq) çıxış edib.
Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlayıb