Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran Pri yarışı davam edir.
Sportnet.az-ın məlumatına görə, turnirin ikinci günündə tatamiyə çıxan Azərbaycan milli komandasının 3 üzvündən yalnız biri – Hidayət Heydərov fəxri kürsüyə yüksələ bilib.
73 kq çəki dərəcəsində çıxış edən cüdoçu ilk cəhdə Laşa Lomidzeyə (Rusiya) qalib gəlib, 1/4 finalda Hasan Vanlıoğluna (Türkiyə) uduzduqdan sonra təsəlliverici görüşdə Xadbatar Naranxunu (Monqolustan) üstələyib. H.Heydərov "bürünc” uğrunda qarşılaşmada isə kosovalı Akil Qjakova qalib.
Bu gün mübarizə aparan digər cüdoçulara gəlincə, Gülsədəf Kərimova (63 kq) ilk görüşdə uduzub. Hüseyn Rəhimli (73) isə Hyunsu Parka (Cənubi Koreya) qalib gəlsə də, 1/8 finalda Rok Draksiçə (Slovakiya) yenilərək, medal əldə etmək şansını itirib.
Qeyd edək ki, ilk yarış günündə tatami üzərinə çıxan 7 cüdoçudan yalnız 1-i mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində yer alan Nəzakət Əzizova bürünc medala sahib olub. Turnirə aprelin 10-da yekun vurulacaq.
Kişilər
73 kq
1/8 final. Rok Draksiç (Slovakiya) - Hüseyn Rəhimli
1/16 final. Hyunsu Park (Cənubi Koreya) - Hüseyn Rəhimli
Bürünc medal uğrunda görüş. Akil Qjakova - Hidayət Heydərov
Təsəlliverici görüş. Xadbatar Naranxu (Monqolustan) - Hidayət Heydərov
1/4 final. Hidayət Heydərov - Hasan Vanlıoğlu (Türkiyə)
1/8 final. Hidayət Heydərov - Laşa Lomidze (Rusiya)
Qadınlar
63 kq
1/8 final. Gülsədəf Kərimova - Olqa Kryukova (Rusiya)