1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Antalya Qran Prisi: Son gündə bir "bürünc" - YENİLƏNDİ
Türkiyənin Antalya şəhərindəki cüdo üzrə Qran Priyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb. Onlardan yalnız biri - dünya çempionu Elxan Məmmədov mükafatçılar sırasına düşməyi bacarıb. O, ilk görüşündə özbəkistanlı rəqibini yensə də, 1/4 finalda rusiyalı cüdoçuya yenilib. Bununla belə təsəlliverici görüşdə Məmmədov cənubi koreyalı, bürünc medal qarşılaşmasında isə BƏƏ-dən olan rəqibini yenərək, 3-cü yeri tutub.
Tural Safquliyev və Uşangi Kokauri isə 5-ci yerlə kifayətlənib.
90 kq
1/8 final. Tural Safquliyev - Çanço Kim (Cənubi Koreya)
1/4 final. Tural Safquliyev - Altanbaqana Qantulqa (Monqolustan)
Təsəlliverici görüş. Tural Safquliyev - Şaxzodbek Sabirov (Özbəkistan)
100 kq
1/8 final. Elxan Məmmədov - Şirəli Jurayev (Özbəkistan)
1/4 final. Elxan Məmmədov - Niyaz İlyasov (Rusiya)
Təsəlliverici görüş. Elxan Məmmədov - Min-Ho Hvanq (Cənubi Koreya)
Bürünc medal görüşü. Elxan Məmmədov - İvan Remarenko (BƏƏ)
+100 kq
1/8 final. Uşangi Kokauri - Da Som Yanq (Cənubi Koreya)
1/4 final. Uşangi Kokauri - Jambıl Turginaliyev (Qazaxıstan)
1/2 final. Uşangi Kokauri - Yuri Krakovetski (Qırğızıstan)
Bürünc medal görüşü. Uşangi Kokauri - Musa Tumenov (Rusiya)
Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 13 cüdoçusundan Hidayət Heydərov (73 kq) və Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıb, Aişə Qurbanlı (48 kq) isə 5-ci yeri tutub.