Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, dördüncü yarış günündə 48 kq, 53 kq, 60 kq və 69 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Azərbaycan bu çəkilərin hamısında təmsil olunsa da, yığma üzvlərindən heç biri fəxri kürsüyə yüksələ bilməyib.
48 kq
1/8 final. Patrisia Alexandra Bermudez (Argentina) - Türkan Nəsirova 11:8
53 kq
1/8 final. Roksana Marta Zasina (Polşa) - Leyla Qurbanova 3:1
1/16 final. Leyla Qurbanova - Sumeyya Zeybek Sezer (Türkiyə) 10:0
60 kq
1/16 final. Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) 0:2
69 kq
1/8 final - Elis Manolova - Anastasia Bratçikova (Rusiya) 0:10
Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb. Avqustun 23-də yarışan 3 qadın güləşçidən heç biri medal əldə edə bilməyib.