1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bir günə iki medal
Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib. Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisi aktivinə 2 medal yazdırıb.
55 kq çəki dərəcəsində Natiq Qurbanlı və 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov finala qədər bütün rəqibləri üzərində qələbə qazanıblar. Lakin hər iki cüdoçu finalda üstünlüyü rəqibə verərək gümüş medala sahib olublar.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.