1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında 4 medal
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirərək, çempion tituluna yiyələnib. Finala kimi 3 qarşılaşmasını nokautla aktivinə yazan boksçumuz həlledici döyüşdə Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyana da gücünü göstərib. O, erməni əsilli rəqibinə 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
Millimizin digər üzvü Amin Kuşkov (75 kq) isə final görüşündə rusiyalı Daniel Teterevlə qüvvəsini sınayıb. Gərgin keçən qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdığından idmançımız gümüş medala layiq görülüb. Komandamızın heyətində Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə Avropa birinciliyini bürünc medalla başa vurublar.