
Cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışda 55 klubdan 497 idmançı mübarizə aparıb.
"Neftçi" İdman Klubunun cüdoçuları daha çox medal qazanaraq komanda hesabında birinci yeri tutublar.
"Atilla"2-ci, Sumqayıt UGİM klubu isə 3-cü olub.
Yarışın son günü usta cüdoçular arasında da ölkə çempionatı keçirilib.
Bütün qalib və mükafatçılara medallar, diplomlar və pul mükafatları verilib.
"CÜDO TV" əməkdaşlarının respublika çempionatından hazırladığı videomaterialı sizə təqdim edirik: