1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Taekvondoçu qış olimpiadasına lisenziya qazandı - FOTOLAR
Tonqa taekvondoçusu Pita Taufatofua fevralın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində start götürəcək Qış Olimpiya Oyunlarına vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı idmançı İslandiyada keçirilmiş xizəksürmə üzrə son təsnifat yarışından olimpiadaya lisenziya əldə edib.
O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəsinin bayraqdarı olub. Taufatofua həmin olimpiadada taekvondo üzrə 80 kq-dan yuxarı çəki dərəcəsində mübarizəyə qoşulsa da, elə ilk görüşdəcə iranlı Səcad Mərdaniyə açıq fərqlə - 1:16 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Bu çəkidə olimpiya çempionluğunu isə Azərbaycan təmsilçisi Radik İsayev əldə edib.
Taufatofua Tonqo tarixində ilk dəfə həm yay, həm də qış olimpiadasında iştirak edəcək ilk idmançıdır.
Qeyd edək ki, 2018-ci il Pxençxan Qış Olimpiya Oyunları fevralın 25-dək davam edəcək. Olimpiadada Azərbaycanı elə xizəksürmə növündə Patrik Braxner təmsil edəcək.