Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında finalçıların adlarına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb.
56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.
Əliyev bu gün baş tutacaq həlledici görüşdə rumıniyalı Robert Eusebi Jitaru ilə üz-üzə gələcək.
Məhəmməd Abdullayev (+91 kq) isə finala adlaya bilməyib. O, yarımfinalda italiyalı Aziz Abbes Muhidinə məğlub olub - 1:4 (27:30, 30:29, 26:30, 27:30, 27:30). Nəticədə Abdullayev Avropa çempionatını bürünc medalla başa vurub.









































































