ABŞ-ın Ayova şəhərindəki sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan millisi B qrupunda son oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Monqolustanla qarşılaşıb.
Görüş millimizin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da B qrupunu lider kimi başa vuran komandamız finala yüksəlib.
Qeyd edək ki, yığmamız qrupdakı ilk 2 görüşündə Kubanı 8:2, Qazaxıstanı isə 9:1 hesabı ilə yenib. Son rəqib isə əslində İran olmalı idi. Lakin qonşu ölkə yığması ABŞ-dakı Dünya Kubokuna qatılmaqdan imtina edib. Nəticədə bu komandanı Monqolustan əvəzləyib.
Azərbaycan - Monqolustan - 7:3
57 kq. Əfqan Xaşalov - B.Erdenabat - 1:2
61 kq. Əhmədnəbi Qvarzatilov - Tuvşintulqa Tumenbileq - 2:7
65 kq. Ağahüseyn Mustafayev - B.Batçuluun - 3:0
70 kq. Coşqun Əzimov - Qanbayar Sanjaa - 9:4
74 kq. Hacımurad Ömərov - Mandaxnaran Qanzoriq - 6:10
79 kq. Cəbrayıl Həsənov - İderxu Qantulqa - 12:2
86 kq. Aleksandr Qostiyev - Uytumen Orqodol (Monqolustan) - 10:3
92 kq. Aslanbek Alborov - Turtoqtox Luvsandorj - 11:0
97 kq. Roman Bəkirov - B.Ulziisaixan - 10:1
125 kq. Cəmaləddin Məhəmmədov - Zolboo Natsaqsuren - 3:2









































































