1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat
Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat olub.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Aydın Əhmədov AKF-nin peşəkarlar üzrə vitse-prezidenti vəzifəsini icra edəcək.
AKF-nin prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində bu cür təyinatlar gələcəkdə də olacaq: "Sıralarımız genişlənir. "Euro Fight” klubunun direktoru Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bundan sonra da federasiyamızın fəaliyyətinin gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə idmana olana marağı artırmaqdır”.
Qeyd edək ki, Aydın Əhmədov AKF-nin tərkibində yer alan "Euro Fight” klubunun direktoru olmaqla yanaşı, "Premium Travel” şirkətinin rəhbəridir.