1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Kubokunda 6 medal
Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kubokuna yekun vurulub. Sportnet.az xəbər verir ki, turnirin ikinci günü Azərbaycan millisi 2 qızıl, 1 gümüş medal qazanıb.
90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmanov isə gümüş medal əldə edib.
Bununla da Avropa Kubokunda ümumilikdə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanılıb.
Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunub.