1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatı: Mehdiyev mübarizəni dayandırdı - YENİLƏNDİ
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı 1/16 finalda macarıstanlı macarıstanlı dünya (2014) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı Kristian Tota uduzub. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib.
Əlavə vaxtda isə Tot ipponla qələbə qazanıb.
Qeyd edək ki, Məmmədəli Mehdiyev Azərbaycanın bu gün tatamiyə çıxan yeganə cüdoçusu olub.
---------------------------------
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı ilk görüşündə belaruslu Viktor Klyavusevə qalib gəlib. Mehdiyev rəqibini qızıl xalla üstələyib. Onun 1/16 final mərhələsində rəqibi macarıstanlı Kristian Tot olacaq.
------------------
Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxacaq.
Sportnet.az xəbər verir ki, kişilərin yarışında 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev mübarizə aparacaq. Yarışa 1/32 final mərhələsindən başlayacaq 25 yaşlı idmançının ilk rəqibi belaruslu Viktor Klyavusevdir.
Bu gün qadınların yarışında 70 kq çəkiyə malik cüdoçular da qüvvəsini sınayacaq. Azərbaycan millisi bu çəki dərəcəsində təmsil olunmur.
İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.
Qeyd edək ki, geridə qalan 4 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (73 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Növbəti günlərdə İrina Kindzerska (+78 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaqlar.
Dünya çempionatı
24 sentyabr
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Kristian Tot (Macarıstan)
1/32 final. Məmmədəli Mehdiyev - Viktor Klyavusev (Belarus)