1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatı: 4 cüdoçumuz mübarizəyə başlayır
Bu gün Baham adalarının paytaxtı Nassauda cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandası 4 gün davam edəcək mundialda 6 kişi və 3 qadın idmançı ilə təmsil olunacaq. İlk yarış günündə Ramilə Əliyeva və Şəfəq Həmidova (hər ikisi 44 kq) mübarizəyə başlayacaq. Onlar 1/8 finalda müvafiq olaraq, Amana Arraeş (Braziliya) ilə Mireya Rodrigeslə (İspaniya) qarşılaşacaqlar.
Yarışa eyni mərhələdən qoşulacaq Rövşən Əliyevlə Balabəy Ağayev (hər ikisi 55 kq) Emerson Silva (Braziliya) - Buxçulun Davaanyam (Monqolustan) və Livan Rodriges (Kolumbiya) - Çanad Feşko (Macarıstan) cütlərinin qalibləri ilə üz-üzə gələcəklər. Kəramət Hüseynov (60 kq) isə 1/16 final mərhələsində Hüqo Vero (Çili) ilə qüvvəsini sınayacaq.
Oktyabrın 18-də Azərbaycanın 2 cüdoçusu yarışacaq. Qadınların yarışında İçinxorlu Munxtsedev (57 kq) 1/16 finalda Anna Dabrovska (Polşa) ilə, Hasil Cəfərov isə eyni mərhələdə Jilberto Kardoso (Meksika) ilə qarşılaşacaq.
Oktyabrın 19-da tatamiyə çıxacaq Murad Fətiyev (81 kq) 1/16 finalda Fransua Qotye-Drapo (Kanada) ilə üz-üzə gələcək. Oktyabrın 20-də mübarizə aparacaq Adil Kərimli (100 kq) isə eyni mərhələdə İvo Vitasseklə (Almaniya) görüşəcək.
Qeyd edək ki, dünya çempionatında 67 ölkədən ümumilikdə 426 idmançı - 240 kişi və 186 qadın cüdoçu çıxış edəcək.