1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İcra başçısı yenidən AİBA İcraiyyə Komitəsində
Özbəkistanlı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti seçilib.
Sportnet.az xəbər verir ki, qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində onun yeganə rəqibi AİBA-nın qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub. Bu ilin yanvarından prezident vəzifələrini icra edən Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.
Konqresdə Azərbaycanı Boks Federasiyasının vitse-prezidenti, Bakının Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov və baş katib Nağı Səfərov təmsil edib. S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə Azərbaycanı beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.
Qeyd edək ki, AİBA İcraiyyə Komitəsində 205 üzv ölkədən 14 nümayəndə yer alıb.