Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan milli komandası 1 qızıl və 1 gümüş medal qazanıb. Qızların yarışında Aytac Qardaşxanlı (57 kq) bütün rəqiblərinə qalib gəlib. Oğlanların mübarizəsində Elcan Hacıyev (73 kq) yalnız finalda uduzub. Beləliklə, azərbaycanlı yeniyetmə cüdoçular Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar.
Qeyd edək ki, Avropa Kubokunun ilk günündə Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb. Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.