
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuların təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sportnet.az xəbər verir ki, təltif olunanlar sıyahısında cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli də yer alıb. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Elnur Məmmədli 2008-ci ildəki Pekin Yay Olimpiya Oyunlarının qalibi olub.