
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda Beatris Souzanı (Braziliya) məğlub edib.
Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.
Bu nəticə ilə Azərbaycan yığması yalnız Gürcüstandan geri qalaraq, 75 iştirakçı ölkə arasında 2-ci yeri tutub.
-------------
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Misir təmsilçisi Ramadan Darvişi məğlub edib.
Qeyd edək ki, bu gün kişilərin yarışında Uşangi Kokauri (+ 100 kq) bürünc, qadınlarda isə İrina Kindzerska (+78 kq) qızıl medal uğrunda görüşə çıxacaq. İlk iki yarış günündə Rüstəm Orucov (73 kq) günüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
--------------------------------------------
Türkiyənin Antalya şəhərindəki Qran-prinin sonuncu yarış günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparacaq. Sportnet.az xəbər verir ki, bunlardan 5-i kişi, 1-i qadın tatami ustası olacaq.
Antalya Qran-prisi
7 aprel
Kişilər
90 kq
1/16 final. Tural Safquliyev - Xusen Xalmurzayev
1/32 final. Tural Safquliyev - Lorentso Riqano (İtaliya)
100 kq
BÜRÜNC MEDAL görüşü: Elmar Qasımov - Ramadan Darviş (Misir)
Təsəlliverici görüş: Elmar Qasımov - Zelim Kotsoyev
1/4 final. Elmar Qasımov - Rafael Buzakarini (Braziliya)
1/8 final. Elmar Qasımov - Saidjalol Saidov (Tacikistan)
1/16 final. Elmar Qasımov - Aloviddin Jurakulov (Özbəkistan)
1/4 final. Zelim Kotsoyev - Toma Nikiforov (Belçika)
1/8 final. Zelim Kotsoyev - Matias Madsen (Danimarka)
1/16 final. Zelim Kotsoyev - Koffi Kreme Kobena (Kot dİvuar)
+100 kq
1/8 final. Rüstəm Kotsoyev - Vladut Simyonesku (Rumıniya)
1/16 final. Rüstəm Kotsoyev - Alişer Yusupov (Özbəkistan)
BÜRÜNC MEDAL görüşü: Uşangi Kokauri - Lukas Krpalek (Çexiya)
1/2 final. Uşangi Kokauri - Levani Matiaşvili (Gürcüstan)
1/4 final. Uşangi Kokauri - Anton Krivobokov (Rusiya)
1/8 final. Uşangi Kokauri - Mirça Kroytoru (Rumıniya)
1/16 final. Uşangi Kokauri - Şenq Min Çen (Taypey)
Qadınlar
+78 kq
FİNAL. İrina Kindzeska - Beatris Souza (Braziliya)
1/2 final. İrina Kindzerska - Kseniya Çibişova (Rusiya)
1/4 final. İrina Kindzerska - Raz Herşko (İsrail)
1/8 final. İrina Kindzerska - Nominzul Dambadarja (Monqolustan)
Qeyd edək ki, ilk iki yarış günündə Rüstəm Orucov (73 kq) günüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.