
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi mayın 10-da Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin 23-cü Memorialına qatılacaq.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ənənəvi yarışda baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Kərim Cəfərov, Elman Muxtarov, Nofəl Babayev (hamısı 67 kq), Sənan Süleymanov (72 kq), Həsən Əliyev (77 kq) və Zamir Məhəmmədov (97 kq) mübarizə aparacaq. Yarış 3 gün davam edəcək.
Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.