Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında qeyri-adi hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Portuqaliya təmsilçisi Anri Equtidzenin isveçli Robin Paçeklə keçirdiyi 1/16 final görüşünün 13-cü saniyəsində kimonosundan yerə mobil telefon düşüb. Nəticədə Equtidze diskvalifikasiyaya məruz qalıb. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.
Equtidze gənclər arasında Avropa çempionu, müxtəlif Qran-prilərin mükafatçısıdır.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk 2 yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yarış bu gün yekunlaşacaq.