Azərbaycan cüdoçuları Lüksemburqda keçirilən Açıq Avropa Kubokunun ilk günündə 2 bürünc medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan Aleksandra-Larisa Florian yalnız bir görüşdə uduzub. O, turnirin fransalı çempionu Prişila Gnetoya yenilərək, bürünc medala sahib olub.
Kişilərin yarışında da Rəşad Yelkiyev (60 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, Açıq Avropa Kubokunda 47 ölkədən 358 cüdoçu yarışır.