Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.
Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edib.
Qeyd edək ki, bu Fərhad Rəcəblinin usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.