Azərbaycan cüdoçusu Murad Fətiyev Mərakeşin Marrakeş şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda dueldə Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Fətiyev beşinci ola bilib. Eyni çəki dərəcəsində yarışan Cahangir Məcidov ilk qarşılaşmada türkiyə cüdoçusu Muhammed Koça uduzub.
Qeyd edək ki, daha öncə Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev (66 kq) isə bürünc medal qazanıb. Yarışa oktyabrın 19-da yekun vurulacaq.