Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, hazırda Ukraynanın paytaxtı Kiyevin meri olan Vitali Kliçko Solomenski rayonun sakinləri ilə görüşdə özündən çıxıb.
Sportnet.az xəbər verir ki, veteran idmançı "Stop Korrupsiya" təşkilatının nümayəndəsinin Platonovskidəki qeyri-qanuni tikili ilə bağlı sualından sonra hisslərini cilovlaya bilməyib. Bundan sonra Kliçko həmin şəxsin çəkiliş apardığı telefonunu əlindən almaq istəyib.
Daha öncə news.ru saytının yazdığına görə, Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Milli Antikorrupsiya Bürosuna Kliçkoya qarşı cinayət işinin açılması barədə göstəriş verib. O, Şulyavski körpüsünün bərpası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Qeyd edək ki, Kliçko peşəkar boksda 45 dəfə qələbə qazanıb və 2 döyüşdə məğlub olub.