Rusiyanın Sosnovıy Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib.
Sportnet.az-ın məlumatına görə, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandası da mübarizə aparıb. Məşqçi Zaur Babayevin başçılığı altında yarışan tatami ustaları Moskva, Gürcüstan, Leninqrad vilayətinin komandalarını məğlub edərək finala çıxıblar.
Həlledici görüşdə Krasnodar komandasına uduzan cüdoçular beynəlxalq turnirin gümüş medallarını qazanıblar.