Azərbaycan cüdoçusu Oruc Vəlizadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa Kubokunda 60 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, finala qədər bütün rəqiblərini məğlub edən Vəlizadə qızıl medal görüşündə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan azərbaycanlı cüdoçu 2-ci yeri tutub.
Qeyd edək ki, 30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirə 14 cüdoçu yollanıb. Yarışa fevralın 2-də yekun vurulacaq.