"Ölkəmizin çətin günlərində medal qazandım".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal qazanan cüdoçu Orxan Səfərov deyib.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbəni şəhidlərə həsr etdiyini bildirib: "Azərbaycan haqq yolundadır, hər şey yaxşı olacaq. Qarabağ bizimdir və bizim olacaq".
Qeyd edək ki, Orxan Səfərov bürünc medal uğrunda görüşdən sonra əsgər salamı verib.