
Azərbaycan cüdoçusu İrina Kindzerska Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı Fransa təmsilçisi Roman Dikko ilə üz-üzə gəlib.
Əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyən cüdoçu həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Kindzerskadan əvvəl Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev isə bürünc medal qazanıblar.
-------------------------------------------
Azərbaycanın 2 cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə bürünc medal uğrunda görüşə çıxıblar.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev türkiyəli Mixael Zqankla, 100 kq-da Zelim Kotsoyev isə bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəliblər.
Hər iki cüdoçu rəqiblərinə qalib gələrək, bürünc medal qazanıblar.
Yeganə qadın cüdoçu İrina Kindzerska isə finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olacaq.
Qeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparır.
--------------------------------------------------
Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxıb. Sportnet.az-ın məlumatına görə, onlardan 1-i qadınların, 4-ü kişilərin mübarizəsinə qatılıb.
Yeganə qadın cüdoçu İrina Kindzerska finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olacaq.
Kişi cüdoçulara gəldikdə, Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, türkiyəli Mixael Zqank və bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gələcəklər. 100 kq çəkidəki daha bir cüdoçu Elmar Qasımov 7-ci yerlə kifayətlənib. Uşangi Kokauri (+100 kq) isə elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparır.
-------------------------------------------
Azərbaycan cüdoçusu Uşangi Kokauri Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında ilk görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, ən ağır çəkidə (+100) mübarizə aparan 28 yaşlı idmançı 1/8 finalda rusiyalı Tamerlan Başayevə ipponla uduzub.
-------------------------------------------------------------------------------------
Azərbaycanın daha bir cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, 100 kq-da Elmar Qasımov ilk görüşünü keçirib.
1/16 finalda Avstriya təmsilçisi Aaron Fara ilə qarşılaşan Qasımov rəqibini məğlub edərək növbəti raunda yüksəlib. O, bu mərhələdə Belarus cüdoçusu Daniel Mukete ilə qüvvəsini sınayacaq.
Bu çəkidə yarışan Zelim Kotsoyevin 1/8 finaldakı rəqibi isə macarıstanlı Mikloş Tsiryeniç olacaq.
---------------------------------------------------------------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatına qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final görüşündə polşalı Aleksey Lusenkonu mübarizədən kənarlaşdırıb.
----------------------------------------------------------------------------------------
Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq. Sportnet.az-ın məlumatına görə, onlardan 4-ü kişilərin, biri isə qadınların mübarizəsinə qatılacaq.
Kişilər
90 kq
Bürünc medal görüşü: Məmmədəli Mehdiyev - Mixail Zqank (Türkiyə)
1/2 final. Məmmədəli Mehdiyev - Mixail İqolnikov (Rusiya)
1/4 final. Məmmədəli Mehdiyev - Kristian Tot (Macarıstan)
1/8 final. Məmmədəli Mehdiyev - Nikolas Munqai (İtaliya)
1/16 final. Məmmədəli Mehdiyev - Jesper Smink (Niderland)
100 kq
Bürünc medal görüşü: Zelim Kotsoyev - Boris Georgiyev (Bolqarıstan)
1/2 final. Zelim Kotsoyev - Arman Adamyan (Rusiya)
1/4 final. Zelim Kotsoyev - Jorje Fonseka (Portuqaliya)
1/8 final. Zelim Kotsoyev - Mikloş Tsiryeniç (Macarıstan)
1/16 final. Zelim Kotsoyev - Aleksey Lısenko (Polşa)
Təsəlliverici görüş. Elmar Qasımov - Boris Georgiyev (Bolqarıstan)
1/4 final. Elmar Qasımov - Varlam Liparteliani (Gürcüstan)
1/8 final. Elmar Qasımov - Daniel Mukete (Belarus)
1/16 final. Elmar Qasımov - Aaron Fara (Avstriya)
+100 kq
1/8 final. Uşangi Kokauri - Tamerlan Başayev (Rusiya)
Qadınlar
+78 kq
FİNAL. İrina Kindzerska - Roman Dikko (Fransa)
1/2 final. İrina Kindzerska - Yelizaveta Kalanina (Ukrayna)
1/4 final. İrina Kindzerska - Milika Zabiç (Serbiya)
Qeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparacaq.