
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Serbiyanın paytaxtı Belqradda davam edən Fərdi Dünya Kubokunda bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 130 kq-da mübarizə aparan idmançı polşalı Rafal Krayevski ilə qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Kandelaki Azərbaycan yığmasına növbəti medalı qazandırıb.
63 kq çəki dərəcəsində Taleh Məmmədov Qırğızıstan təmsilçisi Kali Süleymanova 6:7 hesabı ilə uduzaraq, bürünc medal şansını əldən verib.
Qadınların mübarizəsində isə Tatyana Omelçenko 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya məğlub olmaqla, turnirdəki çıxışını başa vurub.
--------------------------------------------------------------------
Bu gün Azərbaycanın qadın güləşçiləri Serbianın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizə başlayır.
Sportnet.az-ın məlumatına görə, ölkə yarışda 3 qadın güləşçi ilə təmsil olunur. Bu gün yalnız Tatyana Omelçenko tatamiyə çıxacaq.
62 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda ispaniyalı Lidiya Pereslə güləşəcək.
Alyona Kolesnik (57 kq) və Elis Manolova (65 kq) sabah mübarizəyə qoşulacaq.
Bu gün həmçinin yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşdə Rafal Krayevski (Poşa) ilə görüşəcək. Taleh Məmmədov (63 kq) isə təsəlliverici görüşdə polşalı Mateuş Şevçukun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.
63 kq
1/8 final: Taleh Məmmədov – Aleksey Masik (UKR) 9:1
1/4 final: Taleh Məmmədov - Jambolat Lokyayev (RUS) 0:2
Təsəlliverici görüş: Taleh Məmmədov - Mateuş Şevçuk (POL) 10:2
Bürünc medal görüşü: Taleh Məmmədov - Kali Süleymanov (KGZ) 6:7
130 kq
1/8 final: Beka Kandelaki – Alin Kiurariu (ROU) 3:1
1/4 final: Beka Kandelaki - Eduard Popp (GER) 4:0 (tuşe)
1/2 final: Beka Kandelaki - Osman Yıldırım (TUR) 1:9
Bürünc medal görüşü: Beka Kandelaki - Rafal Krayevski (POL) 9:0
62 kq
1/8 final: Tatyana Omelçenko - Lidiya Peres (ESP) - 8:0
1/4 final: Tatyana Omelçenko - Lyubov Ovçarova (RUS) - 1:12