Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Ramazan Abdulaevlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Məmmədsoy finala yüksəlib. O, qızıl medal uğrunda gürcüstanlı Temur Nozadze ilə görüşəcək.
Eyni çəkidəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzub.
66 kq-dakı Avropa çempionu Orxan Səfərov 1/8 finalda Amit Boboviçlə (İsrail) bacarmayıb, Nicat Şıxəlizadə isə Petr Jukovu (Rumıniya) məğlub etsə də, 1/4 finalda Artur Tenin (Qırğızıstan) müqavimətini qıra bilməyib. O, təsəlliverici görüşdə Muxriddin Tilovovla (Özbəkistan) qarşılaşacaq.
Qadınların yarışında Leyla Əliyeva 1/6 finalda Şira Rişoni (İsrail) ilə dueldən məğlub ayrılıb. Eyni çəkidəki Aişə Qurbanlı onun həmyerlisi Tamar Malkaya qalib gəlsə də, 1/8 finalda Şirine Buoukliyə uduzub.
57 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva da ilk görüşdə Eleudis Valentimə (Braziliya) qalib gəlib, 1/8 finalda isə Astride Gnetoya (Fransa) məğlub olub.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda 15 cüdoçu ilə təmsil olunur.
---------------------------------------------
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Böyük Dəbilqəyə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 7 idmançısı mübarizə aparacaq.
60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenzi (Böyük Britaniya) ilə, eyni çəkidəki Davud Məmmədsoy Morits Plafki (Almaniya) ilə üz-üzə gələcək.
66 kq-da son Avropa çempionatının qalibi Orxan Səfərov İsraili təmsil edən Amit Boboviçin müqavimətini qırmağa çalışacaq. Bu çəkidəki Nicat Şıxəlizadə isə Petr Jukovla (Rumıniya) qarşılaşacaq.
Qadınların yarışında Azərbaycanı üç cüdoçu təmsil edir.
48 kq-da yer alanlardan Leyla Əliyeva 1/16 finalda israilli Şira Rişoni, Aişə Qurbanlı isə onun həmyerlisi Tamar Malka ilə münasibətlərinə aydınlıq gətirəcək.
57 kq çəki dərəcəsindəki Gültac Məmmədəliyeva 1/16 finalda Eleudis Valentim (Braziliya) ilə görüşəcək.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda 15 cüdoçu ilə təmsil olunur.
Kişilər
60 kq
1/16 final. Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)
1/16 final. Davud Məmmədsoy - Morits Plafki (Almaniya)
1/8 final. Davud Məmmədsoy - Vivay Yadav (Hindistan)
1/4 final. Davud Məmmədsoy - Qusman Kyrgyzbayev (Qazaxıstan)
1/2 final. Davud Məmmədsoy - Ramazan Abdulaev (Rusiya)
Final. Davud Məmmədsoy - Temur Nozadze (Gürcüstan)
66 kq
1/8 final. Nicat Şıxəlizadə - Petr Jukov (Rumıniya)
1/4 final. Nicat Şıxəlizadə - Artur Te (Qırğızıstan)
Təsəlliverici görüş. Nicat Şıxəlizadə - Muxriddin Tilovovla (Özbəkistan)
1/8 final. Orxan Səfərov - Amit Boboviç (İsrail)
Qadınlar
48 kq
1/16 final Leyla Əliyeva - Şira Rişoni (İsrail)
1/16 final. Aişə Qurbanlı - Tamar Malka (İsrail)
1/8 final. Aişə Qurbanlı - Şirine Buoukli (Fransa)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Eleudis Valentim (Braziliya)
1/8 final. Gültac Məmmədəliyeva - Astride Qnedo (Fransa)