Azərbaycan cüdoçuları İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin ikinci gününü medalsız başa vurublar.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Telman Vəliyev zədələndiyi üçün Lukas Rayterlə (Avstriya) 1/16 final görüşünə çıxmayıb.
81 kq-da yarışan Zelim Tskayev 1/16 finalda Ben Haroçu (İsrail) məğlub edib, 1/8 finalda Səyid Mollaiyə (Monqolustan) uduzub. Eyni çəkidəki Hidayət Heydərov Marsel Çerçanı (Rumıniya) məğlub etsə də, 1/8 finalda Frank De Vitlə (Niderland) bacarmayıb.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub.
-------------------------------------------------------
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev 1/16 finalda Avstriya təmsilçisi Lukas Rayterlə üz-üzə gələcək.
81 kq-da yarışan Hidayət Heydərov 1/8 finalda rumıniyalı Marsel Çerçanın, eyni çəkidəki Zelim Tskayev isə 1/16 finalda İsraildən olan Ben Haroçun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub.
73 kq
1/16 final. Telman Vəliyev - Lukas Rayter (Avstriya) - Görüşə çıxmayıb
81 kq
1/8 final. Hidayət Heydərov - Marsel Çerça (Rumıniya)
1/4 final. Hidayət Heydərov - Frank de Vit (Niderland)
1/16. Zelim Tskayev - Ben Haroç (İsrail)
1/8 final/ Zelim Tskayev - Saeid Mollaei (Monqolustan)