Azərbaycan cüdoçusu Telman Vəliyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə iştirak etməyəcək.
Bu barədə Spornet.az-a komandanın baş məşqçisi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı zədə səbəbindən yarışa qatılmayacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub.