
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiyanı təmsil edən Konstantin Simeonidislə üz-üzə gəlməli idi.
Rəqib zədə səbəbindən tatamiyə çıxmayıb. Hüseynov bu səbəbdən qalib elan olunub.
--------------------------------------
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb. Hüseynov bürünc medal uğrunda Rusiyanı təmsil edən Konstantin Simeonidislə görüşəcək.
Bu gü mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub.
60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.
Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.
52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.
Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.
---------------------------------------------------------------
Azərbaycanın 7 cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayır.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna) ilə, eyni çəkidəki Kəramət Hüseynov Rodriqo Lopeslə (Portuqaliya) üz-üzə gələcək.
66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankonun (Kuba) müqavimətini qırmağa çalışacaq.
Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayacaq. 48 kq-da Aişə Qurbanlı və Leyla Əliyava tatamiyə çıxacaq. Onlar müvafiq olaraq Marusa Stanqar (Sloveniya) və Gülkader Şentürk (Türkiyə) ilə görüşəcək.
52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva Anjelika Delqado ilə (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyanla (Böyük Britaniya) qarşılaşacaq.
Cüdoçuların hamısı mübarizəyə 1/16 finaldan qoşulacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 idmançı ilə təmsil olunur.
60 kq
1/16 final Oruc Vəlizadə - Oleq Veredıba (Ukrayna)
1/16 final. Kəramət Hüseynov - Rodriqo Lopes (Portuqaliya)
1/8 final. Kəramət Hüseynov - Ramazan Abdulayev (Rusiya)
1/4 final. Kəramət Hüseynov - Tornike Tsjaka Doea (Niderand)
Təsəlliverici görüş. Kəramət Hüseynov - Ariunbold Enkhtayvan (Monqolustan)
66 kq
1/16 final. Yaşar Nəcəfov - Orlando Polanko (Kuba)
Qadınlar
48 kq
1/16 final. Aişə Qurbanlı - Marusa Stanqar (Sloveniya)
1/16 final. Leyla Əliyeva - Gülkader Şentürk (Türkiyə)
1/8 final. Leyla Əliyeva - Katarina Kosta (Portuqaliya)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Anjelika Delqado (ABŞ)
1/16 final. Şəfəq Məmmədova - Yasmin Cavadyan (Böyük Britaniya)