Qadın güləşi üzrə Azərbaycan milli komandası Bakıda məşqləri davam etdirir.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən məlumatına görə, Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən millimiz qarşıdan gələn Dünya Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesini həyata keçirir. Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında taktiki-texniki məşqlərdə iştirak edir. Fiziki hazırlıq üzrə məşqlər isə bu sahə üzrə mütəxəssis olan Mark Alan Filippinin nəzarəti altında keçirilir.
Qeyd edək ki, qadın güləşçilər mayın 3-də Bolqarıstana yollanacaq. Sofiyada keçiriləcək lisenziya yarışında 53 kq, 57 kq, 62 kq, 68 kq və 76 kq-da çıxış edən güləşçilər Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq. Qadın güləşçilər Dünya Olimpiya Təsnifat turnirində mayın 7-8-də mübarizə aparacaqlar.