Qarşılanma mərasiminin ardından idmançımız Azərbaycana gətirdiyi WBCA və WBO versiyaları üzrə Avropa kəmərləri ilə media nümayəndələrinin önünə çıxıb: "Pelklə döyüş çox gərgin keçdi. Çünki ilk raundda sol qaşımdam ağır zədə aldım. Bu, məni həyacanlandırdı. Görüş 12 raund idi. Rəqib həmin nöqtəyə çoxlu zərbələr endirə bilərdi. Zədənin növbəti raundlarda ağırlaşması və hakimlərin döyüşü dayandırması ehtimalı var idi. Bilirsiniz ki, Pelklə Almaniyada döyüşürdüm. Orta hakim belçikalı olsa da, 3 yan hakimi almaniyalı idi. Amma mənim fikrim başqa idi. 6 ay aramsız məşq edib, qələbə hissi ilə alışıb yanırdım. Matiası yaxşıca öyrənmişdim. Onun əli uzun olduğundan, mənimlə məsafədə döyüşəcəkdi. Bunun üçün ilk 2 raundda zərbələri onun çiyninə vurub, başını buraxdım. Məni aqressiv, yaxın məsafələrdən işləyən boksçu kimi tanıdığından, Pelklə başqa taktikada döyüşdüm. Məqsədim rəqibi nokauta salmaq deyil, 12 raundun cəmində qalib gəlmək idi. Lakin ona vurduğum ağır zərbələrin nəticəsində, o, 4-cü hissədə təslim oldu. Bundan özüm də təəccübləndim. Sonra məlum oldu ki, ağır zədə alıb".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |