Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə növbəti Avropa çempionatında Ukraynanı təmsil edən azərbaycanlı Vasif Kərimov qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 46 kq çəki dərəcəsində yer alan 14 yaşlı idmançı ardıcıl olaraq, İtaliya, İsrail, Ermənistan və Rusiya təmsilçilərini məğlub edib.
Qeyd edək ki, Xarkovda doğulan Vasif Kərimov daha əvvəl Ukrayna çempionu olub ("Report").