
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Gürcüstan təmsilçisi Luka Maisuradze olub. Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.
Beləliklə, Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran-prisində qızıl medal qazanıb. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl medala sahib olub.
--------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bu gün Azərbaycanın son cüdoçusu mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun rəqibi polşalı Sebastyan Oldak olub. Rəqibinə qalib gələn Mehdiyev növbəti mərhələdə Avstriyanı təmsil edən Vaxid Borçiaşvili ilə qarşılaşıb. Bu dəfə də qələbə qazanan 28 yaşlı idmançı yarımfinalda rusiyalı Xusen Xalmurzayevlə üz-üzə gəlib.
Mehdiyev ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olacaq.
-----------------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bu gün Azərbaycanın son cüdoçusu mübarizə aparacaq.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun rəqibi polşalı Sebastyan Oldak olacaq.
Zaqreb Qran-prisi
26 sentyabr
90 kq
1/8 final. Məmmədəli Mehdiyev - Sebastyan Oldak (Polşa)
1/4 final. Məmmədəli Mehdiyev - Vaxid Borçiaşvili (Avstriya)
1/2 final. Məmmədəli Mehdiyev - Xusen Xalmurzayev (Rusiya)
FİNAL. Məmmədəli Mehdiyev - Luka Maysuradze (Gürcüstan)
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov 73 kq çəkidə qızıl medal qazanıb.